221 saylı məktəbdə “Uşaqlar hüquq və vəzifələrini bilməlidir” mövzusunda tədbir keçirilib
Rayon İcra Hakimiyyətinin və rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə 221 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov və Xətai Rayon Qeydiyyat Şöbəsinin müdiri Leyla Süleymanova ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıblar.
Şagirdlərə “Uşaq Hüquqları” haqqında Qanunun maddələri izah edilmiş, uşaqların hüquqları və vəzifələri onlara çatdırılmış, qanunun yerinə yetirilməsi sahəsində uşaqların üzərunə düşən vəzifə onlara izah edilmiş, uşaqların suallarına cavab verilmişdir.
Tədbirlərdə uşaqlara onların Qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri izah edilmişdir.
Təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.