Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır

22 oktyabr 2020 | 11:00

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qələbə marşı davam edir. Rəşadətli Azərbaycan ordusunun erməni işğalçıları tərəfindən işğal olunmuş, 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızın işğaldan azad olması uğrunda apardığı zəfər yürüşü davam edir.
Şanlı Ordumuz  oktyabrın 20-də Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng(Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar.

    Oktyabrın 21-də isə Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndi, Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi düşmən tapdağından xilas olunub.
Azərbaycan Ordusu işğalçı ölkənin hərbi birləşmələrini darmadağın etməklə qələbə yürüşünü davam etdirir. Düşmənin 241 tankı  məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.
    Azərbaycan Ordusunun yüksək dəqiqliklə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinə onillər boyu bərba edilməyəcək ziyan dəyib.
Ordumuz  Ermənistana onların layiq olduğu yeri göstərir. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır.
   Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur.
Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. 
Azərbaycan torpaqları işğaldan azad edildikcə biz qaniçən düşmənin cinayətkar mahiyyətini daha aydın şəkildə görürük. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Ermənistanın hərbi-cinayətkar rejiminin muzdlu qatilləri, soyğunçuları Azərbaycan vətəndaşlarına məxsus nə varsa talayıblar. Talaya bilmədiklərini isə darmadağın ediblər. Vaxtilə insanların xoşbəxt, firavan yaşadığı Azərbaycan torpaqları uzaq Yaponiyanın nüvə hücumuna məruz qalmış şəhərlərini – Naqsakini, Xirosimanı xatırladır. İşğal altındakı Azərbaycan torpaqlarında həyata keçirilmiş vandalizm aktları erməni millətçiliyinin, faşizminin gerçək simasını əks etdirir və sübuta yetirir ki, gözü hər zaman başqalrının torpaqlarında olan ermənilər qurub yaratmağı deyil, mövcud olanları dağıtmağı, talamağı bacarırlar.
  Amma cənab Prezidentin də qeyd etdiyi kimi, işğaldan azad olunmuş torpaqlara həyat qayıdacaq. Azərbaycan xalqı öz torpaqlarda yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir.
- Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır! Xalqın Ali Baş Komandana olan inamı böyük qələbəmizi yaxınlaşdırır!

H.Z. Tağıyev adına Toxucu Tikiş Birliyi mədəniyyət evinin direktoru, Əməkdar mədəniyyət işçisi, 
Azad Aslanov

Keçidlər