Şriftin ölçüsü :

Saytın rəngi :

H.Əliyev adina liseyde Novruz şənliyi keçirildi

15 mart 2014 | 11:00

Xətai rayonundakı Heydər Əliyev adına liseydə Novruz bayramı münasibətilə bayram şənliyi keçirildi.Tədbir liseyin direktoru Fikrət Xəlilovun şagirdləri təbrik etməsi  və onların   əl işlərindən ibarət sərginin nümayişi ilə başladı. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Novruz bayramı münasibəti ilə məktəbliləri təbrik edərək bu bayramın tarixi köklərindən danışdı.Həmçinin qeyd etdi ki, rayon icra hakimiyyəti tərəfindən novruz şənliklərinin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb. Plana əsasən, bayram ərəfəsində müxtəlif orta məktəblərdə, uşaq evləri və internat məktəblərində həmçinin, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün şənliklər təşkil ediləcək.
Şənlikdə şagirdlərin ifasında xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, məzəli əhvalatlar, rəngarəng çıxışlar maraqla qarşılandı.

Keçidlər