Xətai məktəblilərinə Ulu Öndər Heydər Əliyev irsinin tədrisi davam edir
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslərin tədrisinə başlanılmışdır. Dərslər may ayınadək rayonun bütün məktəblərində 11-ci sinif şagirdlərinə tədris olunacaq. Məşğələlər yüksək ixtisaslı tarix müəllimləri tərəfindən aparılır.
Bu silsilədən olan növbəti tədbir 14 mart 2014-cü il tarixdə YAP Xətai rayon təşkilatının binasında keçirildi. Tədbirdə 204, 245, 249, 55, 56, 63, 116, 88 saylı tam orta məktəblərin şagirdləri iştirak edirdilər. 59 saylı orta məktəbin tarix müəlliməsi Orucova Afət “20 yanvar faciəsi, Xocalı soyqırımı və azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1918-ci il mart soyqırımına, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasına hüquqi-siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin bariz nümunəsi kimi”, 88 saylı orta məktəbin müəllimi Zeynalov Nazim Xasay oğlu “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin memarı olduğu daxili və xarici siyasət kursunun layiqli davamçısıdır” mövzularında mühazirələr söylədilər.
Şagirdlərin böyük marağına səbəb olan dərs aktiv diskusiya və çoxsaylı sualların cavablandırılması şəraitində davam etdirildi.