Şriftin ölçüsü :

Saytın rəngi :

29 saylı məktəbdə Novruz şənliyi keçirildi

15 mart 2014 | 11:00

Xətai rayonunun  29 saylı orta məktəbində  Novruz bayramı münasibətilə bayram şənliyi keçirildi. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Novruz bayramı münasibəti ilə məktəbliləri təbrik edərək bu bayramın tarixi köklərindən danışdı.Həmçinin qeyd etdi ki, rayon icra hakimiyyəti tərəfindən novruz şənliklərinin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb. Plana əsasən, bayram ərəfəsində müxtəlif orta məktəblərdə, uşaq evləri və internat məktəblərində həmçinin, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün şənliklər təşkil ediləcək.
Məktəbin rəqs və xor kollektivinin hazırladığı musiqili proqram və ədəbi-bədii kompozisiya qonaqlara zövqlü dəqiqələr yaşatdı.

Keçidlər