Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 2000-dən çox ağac əkildi

13 fevral 2021 | 11:00

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlərin davamı olaraq rayon ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada ərazi daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənmiş, əkin üçün hazır vəziyyətə gətirilmiş, suvarma sistemi quraşdırılmış və 2000-dən çox şam ağacı əkilmişdir. Həmçinin, İcra Hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyən olunmuşdur.

Bu kimi aksiyaların mövsümün sonunadək  keçirilməsi nəzərdə tutulur.

Xətai Rayon  İcra Hakimiyyəti sakinlərimizi ətraf mühiti qorumağa, təbiətə qayğı ilə yanaşmağa və onun müdafiəçisi olmağa çağırır.

Keçidlər