Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Ana fəryadı abidəsinin yerləşdiyi parkda abadlıq işlərinə başlanılıb
Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Xətai rayonunda yerləşən Ana fəryadı abidəsinin yerləşdiyi parkda abadlıq işlərinə başlanılıb.
Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.
Bu il də Xətai rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Parkın ərazisinin yaşıl örtüyü yenilənmişdir. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə işləri, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılmışdır. Ümumilikdə Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində gül və gül kollarının əkilməsi üçün 60.000 ədəd gül sifariş olunmuşdur. Türkiyə Respublikasından 3000 ədəd dekorativ gül kolları sifariş olunmuş və gətirilmişdir. Yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlərin yerləşdirilməsi işləri başlanılmışdır. Xocalı soyqırımı haqqında kütləvi çap olunacaq broşüraların eskiz layihələri hazırlanmış, mətbəəyə təqdim olunmuşdur. Xocalı prospekti boyu yerləşən binaların fasadlarının təmizlənməsi, səkilərin yuyulması işləri həyata keçirilir.