Elçin Əliyev küçəsi 7 ünvanında abadlıq işləri yekunlaşmaq üzrədir
Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai Rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır. Abadlıq işləri aparılan növbəti ərazi Elçin Əliyev küçəsi 4 ünvanındadır.
Görülən işlər çərçivəsində ərazidə mövcud olan köhnə bağlar, qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülərək tullantılar daşınıb, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılıb. Yeni yaşıllıq zolaqları salınıb, su xətləri çəkilib, hərəkət hissələrinə səki daşları döşənib, 100-dən çox yeni ağaclar əkilib. Abadlaşdırılan əraziyə asfalt örtüyü çəkilib, 2 ədəd söhbətgah, 8 ədəd oturacaq, zibil qutuları qoyulub.