Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 15 may- “Beynəlxalq Ailə Günü” münasibəti ilə onlayn görüş keçirilib

06 may 2021 | 11:00

06.05.2021-ci il tarixində 15 may “Beynəlxalq Ailə Günü” münasibəti ilə  Milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, Sağlam həyat tərzi, ziyanlı vərdişlərin fəsadları və Azyaşlı uşaqlarda İnternet təhlükəsizliyinin qorunması mövzularında  onlayn görüş keçirilib.
Görüşdə Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov,  Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova, Xətai Rayon Gənclər İdman İdarəsinin rəisi Əfqan Rzayev, Şəhid ailələri və Milli Qəhrəmanların ictimai birliyinin sədri Fəranə Əliyeva, M.Ə.Sabir adına kitabxananın direktoru Aliyə Kərimova, 245 nömrəli tam orta məktəbin direktorunun müavini Raminə Əsgərova, rayon gəncləri, gənc ailələr və rayon könüllüləri iştirak ediblər.
Görüşdə iştirak edən qonaqlar tədbirin keçirilmə məqsədinə uyğun mövzularda çıxış ediblər.

Keçidlər