Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman İnqilab İsmayılovun adını daşıyan park yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib

07 may 2021 | 11:00

Xətai rayonu ərazisində genişmiqiyaslı abadlıq və yenidənqurma işləri davam edir. 07.05.2021-ci il tarixdə rayonun  İnqilab İsmayılov küçəsində Milli Qəhrəmanın yaşadığı binanın qarşısında onun adını daşıyan park yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib.

Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən park, ilk növbədə, rayon  sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.

Parkda aparılan yenidənqurma işləri çərçivəsində Milli Qəhrəman İnqilab İsmayılovun xatirə lövhəsi yenilənmiş,  sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0,6 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilmiş, mövcud ağaclar budanmış, qazon örtüyü, səki daşları döşənmişdir.

Uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, yeni avadanlıq və qurğular, 10 idman, 9  uşaq əyləncə elementi, şahmat oyun meydançası quraşdırılmış, həmçinin, basketbol və futbol meydançaları yaradılmışdır. Əhalinin asudə vaxtlarını səmərəli keçirilməsi və  istirahəti üçün parkda 15 ədəd yeni oturacaq, 2 söhbətgah və  müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır.

Milli Qəhrəman İnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1992-ci il Xocalı soyqırımını zamanı İnqilab İsmayılov gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümayiş etdirmiş və döyüşçü yoldaşları ilə birlikdə  sağ qalmış əhalinin bir hissəsini düşmən mühasirəsindən çıxarmışdır.  İnqilab İsmayılov 12 iyun 1992-ci ildə  Ağdam rayonunda döyüşlər zamanı şəhid olmuşdur. 


 

Keçidlər