Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunmuşdur

09 may 2021 | 11:00

Xətai rayonu ərazisində yerləşən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov adına parkda və Əhmədli qəsəbəsində, Böyük Vətən müharibəsində həlak olan qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış “Naməlum əsgər” abidə kompleksi II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə əlaqədar ziyarət olunmuşdur.

Tədbirdə rayon İcra Hakimiyyəti nümayəndələri, Böyük Vətən Müharibəsi veteranları iştirak ediblər.

Qeyd olunmuşdur ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevirilmiş, Azərbaycandan ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır. 1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində  SSRİ-də çıxarılan neftin 69%-ni Bakı vermişdi.   Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışlar. Veteranlara bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirilir və Qələbə günü Azərbaycanda hər il  qeyd olunur.

 

Keçidlər