Xətai rayonunda şəhid Rövlan Məmmədovun xatirəsi anıldı
Xətai rayonunda şəhid Rövlan Qurban oğlu Məmmədovun xatirəsi anılıb. Anım günündə şəhidin məzarı, yaşadığı evin yaxınlığında şəhidin adını daşıyan bulaq və xatirə lövhəsi ziyarət olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, oxuduğu 194 nömrəli tam orta məktəbin müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda aparılan siyasətin şəhidlərimizə, Milli qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirilib.
Çıxış edənlər respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Rövlan kimi qəhrəmanların gənc nəslə örnək olduğunu vurğulayıblar. Şəhid Rövlan Məmmədovun xatirəsinin heç zaman unudulmayacağını bir daha diqqətə çatdırıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.