“Azərbaycanım” 4-cü respublika uşaq rəsm festivalı çərçivəsində 16-21 yaş kateqoriyası üzrə olan uşaqlar üçün plener keçirildi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il 25 may tarixlərində saat 11:00-da “Azərbaycanım” 4-cü respublika uşaq rəsm festivalı çərçivəsində 16-21 yaş kateqoriyası üzrə olan uşaqlar üçün plener keçirildi.
Tədbiri Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq, tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Söz alan Xətai rayon İcra Hakimiyyəti mədəniyyət şöbəsinin müdürü Pənah İmanov Vətən müharibəsində rəşadətli ordumuzun qələbəsindən danışdı və rayonunda baş tutan mədəni tədbirlərdən məmnunluğunu bildirdi. Çıxış edən Azərbaycan Dövlət Rəsm Qalareyasınin əməkdaşı Elçin Hüseynli uşaqlar və yeniyetmələr üçün keçirilən bu kimi tədbirlərin gənc nəslə olan təsirindən danışdı. Çıxış edən Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının müəllimi Əbdül Sərif uşaqlara rəssamlıq sənətini sevməyi və bu sənətin incəliklərini izah etməyə çalışdı. Tədbirin sonunda planerin, həm də festivalın bu yaş kateqoriyası üzrə qalibləri müəyyənləşdi.
1-ci yer - Quluyev Eşqin - Qazax Dövlət Rəsm Qalereyası
2-ci yer - Aytən Məmmədova Xalid qızı - Özfəaliyyət
3-cü yer - İbrahimzadə Nərgiz Azər qızı - Məktəb Lisey Kompleksi
Hər bir tədbir iştirakçısı diplom və hədiyyə ilə mükafatlandırıldı.
Bağlanış mərasimi müsiqi sədaları altında başa çatdı
.
Xatırladaq ki, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festival rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədilə keçirilmişdir.
Festival 3 gün davam edəcək. 11-16 arası uşaqlar 26 may, 11 yaşa qədər uşaqlar isə 27 may tarixlərində özlərini sınayacaqlar.
Plener Xətai Sənət Mərkəzinin qarşısında keçirilməsi nəzərdə tutulmuşdur.