Şəhid Nurəhməd Ulubəyovun anım mərasimi keçirilib.
Xətai rayonunda şəhid Nurəhməd Ulubəyovun xatirəsi anılıb. Anım günündə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət olunub, Lütfüzadə küçəsi 16 ünvanda yaşadığı evin yaxınlığında şəhidin xatirə lövhəsinin qarşısında anım mərasimi keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev, rayon MKTB-nin rəis müavini İntiqam Cümşüdov, Azəriqaz İB-nin baş direktoru Ruslan Əliyev, Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.
Çıxışlarda Nurəhməd Ulubəyovun döyüş yolundan danışılıb, aparılan siyasətin şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirilib.
Çıxış edənlər respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Nurəhməd kimi qəhrəmanların gənc nəslə örnək olduğunu vurğulayıblar. Şəhid Nurəhməd Ulubəyovun xatirəsinin heç zaman unudulmayacağını bir daha diqqətə çatdırıblar.
Ölkəmizin hər yerində olduğu kimi Xətai rayonunda da Vətən Müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.
Şəhidlərin yaşadığı məhəllələrdə abadlıq-quruculuq işləri aparılır, xatirə lövhələri və şəhid bulaqları inşa edilir.