Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib.

03 iyun 2021 | 11:00

İyunun 3-də rayon İcra Hakimiyyətində  Xətai Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda  rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,  Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, rayonun  bir qrup ağsaqqalı və ziyalısı iştirak edib.

İştirakçılar ümummilli lider Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Sonra  Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
      Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, ötən ilin ən vacib hadisəsi torpaqlarımızın işğaldan azad olunması olub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan möhtəşəm “Dəmir yumruq” əməliyyatı şanlı Qələbə ilə başa çatıb. Xalqımız Vətən müharibəsi zamanı milli birlik göstərib. O qeyd edib ki, bu gün Respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur.  Dövlətimizin bu günkü inkişafında onların böyük rolu var. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda  tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər.
       Sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov  çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışmış, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Natiq çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib və tövsiyələrini çatdırıb, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
      Konfransda təşkilati məsələlərə baxılıb, Xətai rayon Ağsaqqallar Şurasının Əsasnaməsi təsdiq edilib, BDU-nun professoru, Prezident təqaüdçüsü İzzət Əşfər oğlu  Rüstəmov Şuranın sədri seçilib, həmçinin İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibi təsdiq olunub.

 

Keçidlər