Xətai rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verildi
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun Məzahir Rüstəmov küçəsində yerləşən 7 və 15 saylı binaların həyətində sakinlərin asudə vaxtının və istirahətinin təşkili üçün abad həyət sakinlərin istifadəsinə verilib.
Görülmüş işlər çərçivəsində həyət yöndəmsiz tikililərdən, qeyri- qanuni hasarlardan təmizlənmiş, bütün yaş qruplarında olan sakinlərin istirahəti üçün tam şərait yaradılmışdır. Belə ki, həyətdə günlüklər, uşaq və gənclər üçün əyləncə və idman qurğuları quraşdırılmış, mini stadion tikilmiş, oturacaqlar, işıqlandırma sistemləri quraşdırılmışdır. Ağaclara, dekorativ gül kollarına və yaşılıq zolaqlarına aqrotexniki xidmətin təmin edilməsi üçün su xətləri çəkilmişdir. Binaların fasadlar, giriş qapıları və pilləkən qəfəsləri, dam örtüyü və s. əsaslı şəkildə təmir edilmişdir. Hazırda blokların istismar müddəti başa çatmış liftləri müasir alman liftləri ilə əvəz edilir. Bu Məzahir Rüstəmov küçəsində sakinlərin istifadəsinə verilmiş beşinci abad həyətdir.
Abadlıq–quruculuq işləri rayonun G.Şıxlinski, M.Hadi, N.Tusi və P.Həşimov küçələrində davam etdirilir.