Ulu Öndər Heydər Əliyev irsinin tədrisi davam edir.
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslərin tədrisi davam etdirilir. Dərslər may ayınadək rayonun bütün məktəblərində 11-ci sinif şagirdlərinə tədris olunacaq. Məşğələlər yüksək ixtisaslı tarix müəllimləri tərəfindən aparılır.
Bu silsilədən olan növbəti tədbir 28 mart 2014-cü il tarixdə YAP Xətai rayon təşkilatının binasında keçirildi. Tədbirdə 260, 264, 265, 287, 58, 17, 24, 25, 98, 138, 147,171 saylı tam orta məktəblərin şagirdləri iştirak edirdilər. 257 saylı orta məktəbin tarix müəllimi İsrafilov Bəxtiyar “Xarici siyasətdə uğurlar”,171 saylı orta məktəbin tarix müəlliməsi Əlişova Həcər “Sosial siyasət” mövzularında mühazirələr söylədilər. 2013-cü ildə “İlin ən yaxşı müəllimi” adına layiq görülən 171 saylı məktəbin müəlliməsi Əlişova Həcər XI-lərə Ulu Öndər Heydər Əliyevin həyatınının müxtəlif mərhələlərini əks etdirən videoslayd nümayiş etdirdi.
Şagirdlərin böyük marağına səbəb olan dərs aktiv diskusiya və çoxsaylı sualların cavablandırılması şəraitində davam etdirildi.