Vətən Müharibəsi şəhidi kapitan Rzazadə Həsən Vüqar oğlunun anım mərasimi keçirilib
Xətai rayonunda şəhid kapitan Rzazadə Həsənin xatirəsi anılıb. Anım günündə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, Müdafiə Nazirliyinin məsul əməkdaşı polkovnik Sərvər Cəbrayılov, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.
Tədbirdə şəhidin xatirəsi anılıb, keçdiyi döyüş yolundan danışılıb, aparılan siyasətin şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirilib. Həmçinin şəhidin atası Vüqar Rzayev də hərbçi olduğunu, Birinci Qarabağ Müharibəsinin iştirakçısı olduğunu qeyd edib və şəhid oğlunun doğum günündə onun xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkür edib.
Ölkəmizin hər yerində olduğu kimi Xətai rayonunda da Vətən Müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.
Şəhidlərin yaşadığı məhəllələrdə abadlıq-quruculuq işləri aparılır, xatirə lövhələri və şəhid bulaqları inşa edilir.