Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanım” 4-cü respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün növbəti plener 15 iyun-Milli qurtuluş gününə həsr olunur

14 iyun 2021 | 11:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il  15 iyun tarixində saat 10:00-da “Azərbaycanım” 4-cü respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün növbəti plener 15 iyun-Milli qurtuluş gününə həsr olunur.
     Plenerdə - açıq havada şəkil çəkmək üçün “Yurdumuza bahar gəlir” adlı uşaq yaradıcılıq müsabiqəsində fərqlənən uşaqlardan başqa bir qrupu dəvət olunub.
     Xatırladaq ki, festival çərçivəsində keçirilən plenerlər “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festival rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri  və şəhərimizin  qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.

     Festival çərçivəsində plenerlər mütamadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.
     Plener Xətai Sənət Mərkəzinin qarşısında keçiriləcək.

Keçidlər