Martın 29-30-da Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir.
30 mart 2014 | 11:00
Martın 29-30-da Xətai rayonunun Ukrayna meydanından H.Aslanov metrosuna gedən yolda 200 metr uzunluğunda sökülüb quraşdırılan çadırda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Qəbələ, Astara və digər rayonlardan 241 ton müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Onlardan 91,5 ton tərəvəz, 111,6 ton meyvə, 1,8 ton ət, 35,1 ton kartof, 0,5 ton bostan məhsulları olmuşdur. Bundan başqa 9000 ədəd yumurta, 0,2 ton taxıl məhsulları gətirilmişdir.
Satış yarmarkası sanitar gigiyenik normalara uyğun təşkil olunmuş, məhsulların qiymətləri isə mövcud bazar qiymətlərindən təxminən 15-30% aşağıdır.