Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə tədbir keçirildi.

30 mart 2014 | 11:00

Martın 29-da Xətai rayonunda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edirdi.
Xətai Rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədov çıxış edərək, Azərrbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında milli təhlükəsizlik orqanlarının xüsusi yeri və rolu olduğunu qeyd etdi və Ulu öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" sərəncamının  xüsusi xidmət orqanlarının müstəqil dövlətçiliyimiz qarşısındakı xidmətlərinə göstərilən böyük ehtiramın təcəssümü olduğunu bildirdi.  Razim Məmmədov peşə bayramı günü münasibətlə milli təhlükəsizlik orqanları əməkdaşlarını təbrik edərək onların müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işində daim öndə gedən, Prezident İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşları olacağına əminliyini bildirdi.Tədbir Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Xətai rayon şöbəsinin rəisi Sübhan Quliyevin  milli təhlükəsizlik orqanlarının tarixi və qarşıda duran vəzifələrə həsr olunmuş məruzəsi  ilə davam etdi.
Sonda, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Xətai rayon şöbəsinin rəisi və bir qrup əməkdaşına qiymətli hədiyyələr təqdim etdi.

Keçidlər