Xətai rayonunda şəhid baş leytenant Səfərov Hikmət İldırım oğlunun xatirəsi anılıb. Anım günündə II Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub.
12 iyul 2021 | 11:00
Xətai rayonunda şəhid baş leytenant Səfərov Hikmət İldırım oğlunun xatirəsi anılıb. Anım günündə II Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Tədbirdə şəhidin xatirəsi anılıb, keçdiyi döyüş yolundan danışılıb, aparılan siyasətin şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirilib.Şəhidin ailə üzvləri doğum günündə onun xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkür edib.