Mərhum jurnalist rəssam Taleh Cavanşir oğlunun rəsmlərindən ibarət sərgisi və anım günü Xətai Sənət Mərkəzində keçirilib
Taleh Cavanşir oğlunun rəsmlərindən ibarət bukletin və "Hardasan?" adlı Azadə xanımın Talehə iithaf etdiyi kitabın təqdimatına həsr olumuş tədbir Xətai Sənət Mərkəzində keçirilib. Tədbirdə müxtəlif çoxsaylı rəssamlar, iş və sənət adamları, şairlər,həkimlər,alimlər və yazıçılar iştirak ediblər.
Mərhum Taleh Cavanşir oğlunun anası həkim, jurnalist, şairə "Qafqaz -Media "İctimai Birliyinin sədri, AYB-nin fəal üzvü, AJB-nin üzvü Hacı Azadə Taleh Abbas qızı gələn qonaqlara öz dərin təşəkkürünü bildirib. Çıxış edən qonaqlar mərhum Taleh Cavanşir oğlunun əl işlərini yüksək qiymətləndiriblər. Mərhumun ruhunu dərin hüznlə anıblar. Hacı Azadə Taleh Abbas qızı ilk sözü Suraxanı RİH-nin şöbə müdiri,1-ci və 2-ci Qarabağ Müharibəsinin iştirakçısı Elmar Hüseynə verib.
Sonra Müdafiə Nazirliyinin rəsmisi mayor Abbas Səfərli,sol ayağını Vətən yolunda qurban vermiş qazimiz,mayor İlkin Ziyadov,polkovnik Azər Hacıbəyli,,tanınmış ağsaqqal rəssam Cümşüd İbrahimli,tanınmış rəssam Ülkər Əbülfət,rəssam Təhminə Əli,Bahar Dəmirli,,alimlərdən həkim Elmira Zeynallı,həkim Vəfa Hacıbalayeva,Natiqə İsmayılova ,kardioloq Nuranə Əliyeva,QHT rəhbərlərinfən Nəsibə Əliyeva,jurnalistlərdən Almaz İlahə Əhmədova,yazıçılardan Rauf İlyasoğlu, Qalibə Cəfərova,Hacı Aləmzər Sadıqqızı,Südabə Sərvi,sənət adamlarından əməkdar artist,bəstəkar-müğənni,şairə Elza Seyidcahan,bəstəkar rəssam imruzə Hüseynova,Arif Səlimov,Talehin əmisi Məmmədəli Vahabov,Talehin xalası Zöhrə Rəhimova,YAP-ın fəal üzvü Gülnarə Məhərrəmova,general Firdovsi Ələkbərov,jurnalistlərdən Vaqif Aşurov,Mirdaməd Əzizov,Şərqiyyə xanım və başqaları çıxış edərək mərhum Talehin əsərlərindən və onunla bağlı xatirələrindən bəhs ediblər.Sonda Talehin atasını ictimai xadim ,mərhum Cavanşir VahabovuYasamal qəbirstanlığında ziyarət ediblər.
Qeyd edək ki, Mərhum Taleh Cavanşir oğlu 16.10.1988-ci ildə Bakıda anadan olmuşdur. Gəncə şəhəri 1 N-li məktəbdə,GəncəTürk- Özəl Liseyində, Gəncə rəssamlıq məktəbində, Ankara Universitetinin Hüquq fakultəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakultəsinin Beynəlxalq əlaqələr şöbəsində təhsil almışdır. Hərbi xidmətini Culfa və Ordubadda olub. Ailəli idi. 4 yaşlı qızı Zenfira Taleh qızı atasız böyüyür.
Həvəskar rəssam idi. İlk fərdi sərgisi 11 yaşında Azərbaycanda, Gürcüstanda, Almaniyada və doğma Gəncədə keçirilib.
"Qafqaz -Media" İctimai Birliyinin Gənclər Şöbəsinin müdiri idi. 2008-2010-cu illərdə Cənab prezident İlham Əliyevin QHT-lərə ayırdığı Qrant layihələrdə mühasib kimi də fəaliyyət göstərib.
19.07.2020-ci il 31 yaşında qəfil ürək tutmasından dünyasını dəyişmişdir.
Allah Rəhmət etsin. Ruhu şad olsun!