Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Milli Qəhrəman general Polad Həşimovun adını daşıyan yeni salınmış parkın açılışı olub

22 iyul 2021 | 11:00

 Xətai rayonunda yerləşən şəhid general, Azərbaycanın Milli Qəhrəmanı general Polad Həşimovun adına yaradılan parkın açılışı olub.

Rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, icra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları, qazilər, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və digər qonaqlar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək Milli Qəhrəman Polad Həşimovun və bütün şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının ürəyində hər zaman yaşayacağını və onların ömür yolunun bütün gənclərə və gələcək nəsillərə örnək olacağını vurğulayıb. 

Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, ağaclar əkilib.

Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb. Yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işləri görülüb, yaxınlıqdakı binaların fasadları təmir olunub və rənglənib,  həmçinin ağaclar budanıb,  səki daşları düzülüb.Əhalinin istirahəti üçün  söhbətgahların quraşdırılıb,  yeni oturacaqların qoyulub. Ərazidə yaşıllıq zolaqları və qazon örtüyü salınınıb, o cümlədən   müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilib.

Parkda azyaşlılar, yetkinlik yaşda olanlar və yaşlı əhali üçün istirahət attraksionları quraşdırılıb. Bundan başqa, parkla yanaşı olan üç həyətyanı sahə də abadlaşdırılıb. Burada şahmat, mini futbol meydançaları və uşaqlar üçün əyləncə attraksionları quraşdırılıb. 

Qeyd edək ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Xətai rayonunda  Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov adlandırılıb. Polad Həşimov parkı da həmin küçədə yerləşir.

Keçidlər