Xətai rayonunda Milli Qəhrəman general Polad Həşimovun adını daşıyan Şəhidlərin Xatirə Parkı istifadəyə verilib+VİDEO
Xətai rayonunda Milli Qəhrəman general Polad Həşimovun adını daşıyan Şəhidlərin Xatirə Parkı istifadəyə verilib.
https://video.azertag.az/video/121153
https://www.youtube.com/watch?v=gPc8Atazfvc
Şəhid general – mayor Polad Həşimov və 8 vətən Vətən müharibəsi şəhidi Elvin Kazımovun, Kamil Rəhimlinin, Elvin Şükürlünün, Mərdan Mehdizadənin, Tural Xudiyevin, Fuad Məmmədovun, Rəcəb Məmmədovun və Şükran Şükraninin xatirə lövhələrinin quraşdırıldığı parkın tikintisinə bir neçə ay öncə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Naximov küçəsinin adının dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılmasından dərhal sonra başlanılmışdır. Parkın ərazisi iki hektara yaxındır. Görülən işlər çərşivəsində ərazidə ağaclar budanmış, səki daşları düzülmüş, günlüklər, oturacaqlar, yeniyetmə və gənclər üçün idman, azyaşlı uşaqlar üçün müxtəlif əyləncə qurğuları, eləcə də mini stadion, şahmat meydançası və s. quraşdırılmışdır. Böyük ərazidə salınmış yaşıllıq zolaqlarına, ağac və bitkilərə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərmək üçün su xətləri çəkilmiş, ərazi müasir işıqlandırma sistemləri ilə təchiz edilmişdir. Yeni ağaclar, dekorativ kollar və güllər əkilmişdir.
Paralel olaraq parkla birləşən iki həyət də tam şəkildə abadlaşdırılmış, yaxınlıqdakı 8 binanın fasadı əsaslı şəkildə təmir olunmuş, ətraf ərazilərin asfalt örtüyü yenilənmişdir.
Rayonun hər yerində olduğu kimi bu ərazidə də abadlıq –quruculuq işləri bundan sonra davam etdiriləcək.