Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu 27 saylı məktəbdə 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirildi.

01 aprel 2014 | 10:00

Xətai rayonunda 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı 27 saylı orta məktəbdə tədbir keçirildi.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Məktəbin direktoru Ramazanova Cəmilə çıxış edərək, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, kütləvi qırğınlardan danışdı və bu soyqırımın Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli və qanlı hadisələrdən biri olduğunu bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdiyeva da bu faciəli günün tarixi ilə bağlı çıxış edərək , soyqırıma hüquqi-siyasi qiymətin verilməsində Ümumilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu, Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildiyini qeyd etdi.
Tədbir məktəbin tarix müəllimləri və yuxarı sinif şagirdlərinin hazırladıqları tarixi faktlara əsaslanan ədəbi-bədii kompazisiyaların nümayişi ilə başa çatdı.

Keçidlər