Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən şəhidlərinin növbəti xatirə lövhəsi İnqilab İsmayılov parkında quraşdırıldı

02 avqust 2021 | 11:00

Xətai rayonunda daha bir xatirə lövhəsinin aşılışı olub.

Anım günündə şəhidlərin yaşadığı evin yaxınlığında yerləşən Azərbaycanın Milli Qəhrəmanı İnqlab İsmayılovun adını daşıyan parkda Milli Qəhrəmanın xatirə lövhəsinin yanında  Vətən   müharibəsində şəhidlik zirvəsinə ucalmış  Şəhid kapitan Həmid Kərim oğlu Cəfərlinin, Şəhid Vüqar İlham oğlu Babayevin və  Şəhid Elvin İlham oğlu Məlikovun xatirə lövhəsi qoyulub.

https://www.youtube.com/watch?v=ensCQ96yH-I

Bu münasibətlə keçirilən tədbirdə  Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Qazi Anar Məmmədov, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, Vətən müharibəsi Qəhrəmanı qazi Nizami Mövlanov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, ictimai birliklərin, rayon ictimaiyyətinin nümayəndələri, oxuduğu tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Şəhidlərin  ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Başçısına və rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Daha sonra Şəhid kapitan Həmid Kərim oğlu Cəfərlinin doğum günü münasibətilə şəhidin ailə üzvləri ilə birgə 2-ci Fəxri Xiyabanda məzarı ziyarət olunumuşdur.

 

 

Keçidlər