Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda da genişmiqyaslı dezinfeksiya həftəsi elan edilib

13 avqust 2021 | 11:00

Təəssüflər olsun ki, son günlər  ölkədə koronavirus pandemiyasına yoluxma sayı yenidən kəskin şəkildə artmağa başlayıb. Bununla əlaqədar paytaxtda vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir  Bakı Şəhər İcra Hakimiyyətinin çağırışı ilə bütün paytaxt rayonlarında, o cümlədən Xətai rayonunda  genişmiqyaslı dezinfeksiya həftəsi elan edilib.
Tədbir çərçivəsində rayonun bütün inzibati ərazisində yerləşən parklarda, həyətlərdə, küçə və prospektlərdə dezinfeksiya, eləcə də əhali arasında maarifləndirmə işlərinə başlanılıb. Əvvəlcədən təsdiq edilmiş qrafikə uyğun olaraq kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, o cümlədən lift kabinalarında, həyət və yaşayış məhəllələrində, avtobus dayanacaqlarında, park və abad həyətlərdəki idman və əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.
Eyni zamanda həm də yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə sakinlərə ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
Həftə sonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılmışdır.
Bu gün artıq hər kəsə məlumdur ki, bu bəlanın qarşısının alınmasının tək yolu əhalinin vaksinasiyadan keçməsi, özlərinin, yaxınlarının, ətrafdakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət edilməsi, qapalı məkanlarda tibbi maskadan istifadə edilməsi və sosial məsafə saxlamaqdır. Yalnız bu deyilənlərə ciddi riayət edilməklə müsbət nəticə əldə etmək mümkündür. Bu səbəbdən də hər kəsi məsuliyyətli olmağa və qaydalara riayət etməyə çağırırıq. Özümüzün, ailəmizin, qohumlarımızın, eləcə də ətrafdakıların sağlamlığı öz əlimizdədir. Bir daha xatırladırıq ki, bütün ərazi vahidləri üzrə əhalinin vaksinasiyası müvafiq tibb müəssisələrində həyata keçirilir.

Keçidlər