Xətai rayonunda Rəfiyev Ülvi Rəfail oğlu və Cəfərov Zaur Fuad oğlunun xatirəsinə həsr olunmuş lövhənin açılışı olub
Xətai rayonunda Vətən Müharibəsi şəhidi Rəfiyev Ülvi Rəfail oğlu və I Qarabağ Müharibəsi şəhidi Cəfərov Zaur Fuad oğlunun xatirəsinə həsr olunmuş lövhənin açılışı olub.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış ediblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağı söylənilib.
Hər iki şəhidin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər tərəfindən Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söylənilib.
Sonda şəhidlərin xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.
Tədbirdən sonra doğum günü münasibətilə Dədə Qorqud Şəhidliyində Ülvi Rəfiyevin məzarı ziyarət olunub.