Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şəhid Məmmədzadə Kəmaləddin Vüqar oğlunun xatirə lövhəsinin açılış mərasimi olub

14 sentyabr 2021 | 11:00

Xətai rayonunda Vətən müharibəsində şəhid olan Məmmədzadə Kəmaləddin Vüqar oğlunun  xatirə lövhəsinin açılış mərasimi olub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov,
şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Açılış mərasimində çıxış edənlər şəhidin   şücaətindən söz açıb,  onun döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını,  Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.

Çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhidin ailə üzvləri dövlət qayğısına görə Ölkə başçısına, Birinci Vitse-Prezidentə və  xalqımıza   öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər