Şəhid Polkovnik Leytenant Quliyev Rəşad Rəşid oğlunun anım günü qeyd olunub
Xətai rayonunda Vətən Müharibəsi şəhidi Polkovnik Leytenant Quliyev Rəşad Rəşid oğlunun anım mərasimi keçirilib. Mərasimdən öncə doğum günü münasibətilə şəhidin II Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, Müdafiə Nazirliyinin məsul əməkdaşı Abdulla Qurbani, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər. Vətən müharibəsi qaziləri sevimli komandirlərinin yüksək iradə, mənəvi keyfiyyətlərindən danışıb, hər bir əsgəri özünə dost, qardaş bildiyini minnətdarlıqla yada salıblar. Məktəblilər tərəfindən Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söylənilib.
Tədbirdə şəhidin xatirəsi anılıb, keçdiyi döyüş yolundan danışılıb, aparılan siyasətin şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirilib.