Xətai rayonunda 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı 116 saylı orta məktəbdə tədbir keçirildi.
Xətai rayonunda 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı 116 saylı orta məktəbdə tədbir keçirildi.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Məktəbin direktoru Aidə Seyidova çıxış edərək, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, kütləvi qırğınlardan danışdı və bu soyqırımın Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli və qanlı hadisələrdən biri olduğunu bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdiyeva da bu faciəli günün tarixi ilə bağlı çıxış edərək , soyqırıma hüquqi-siyasi qiymətin verilməsində Ümumilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu, Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildiyini qeyd etdi.
Şagirdlərin hazırladıqları müxtəlif tarixi faktları özündə əks etdirən səhnəciklər, ibtidai sinif şagirdlərinin hazırladıqları vətənpərvərlik ruhunda olan şeirlər və muğam ifaları tədbir iştirakçılarının marağına səbəb oldu.