Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədov Fuad Valeryeviçin anım günü qeyd olunub

21 oktyabr 2021 | 11:00

Oktyabrın 21-də Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Fuad Valeryeviçin anım günü qeyd olunub. Anım günü ilə əlaqədar  Dədə Qorqud Şəhidliyində şəhidin məzarı ziyarət edilib. Polad Həşimov küçəsində yerləşən Şəhidlərin xatirə parkında  tədbir təşkil olunub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,  Xalq şairi, şəhid atası Əli Nur, şəhidin Təhsil aldığı Milli Aviasiya Akademiyasının dekanı Nazim Nağıyev, döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb. Qeyd edib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.


Daha sonra tədbirdə şəhidin ailə üzvləri çıxış edərək   xatirələrini bölüşüb,  bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin  şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində məktəblilərin ifasında  şəhidin atası Valeriy Tuşşinin  şeirləri səsləndirilib.


 

Keçidlər