24 nömrəli məktəbdə "Gənclər arasında ailə dəyərlərinin təbliği" və "Erkən nigaha daxil olmağa tələsmə" mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş plana əsasən 8 dekabr 2023-cü il tarixdə Xətai Rayon İcra Hakimiyyəti,Xətai rayon Qeydiyyat şöbəsi və 24 nömrəli tam orta məktəbin təşkilatçılıgı ilə“Gənclər arasında ailə dəyərlərinin təbliği”, "Erkən nigaha daxil olmağa tələsmə" və “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzularında maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının İçtimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova, Xətai rayon Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva, məktəbin müəllim və şagird kollektivi iştirak etdiblər.
Tədbirdə qeyd olundu ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.
Qeyd edilib ki, Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi.
Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Bunun bariz nümunəsi hər il dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizinin məhz sosialyönümlü olmasıdır. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir.
Tədbirin sonunda mövzu ətrafında gənclər tərəfindən verilən suallar cavablandırıldı.