Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Ağalarlı Toğrul Daşqın oğlunun anım mərasimi keçirilib

09 noyabr 2021 | 11:00

 Vətən müharibəsi şəhidi, Ağalarlı Toğrul Daşqın oğlunun anım mərasimi keçirilib. Anım günündə Dədə Qorqud Şəhidliyində şəhidin məzarı ziyarət olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə,  Xalq artistləri şəhid atası-Əli Nur, hüquq-mühafizə orqanlarının nümayəndələri  və   ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.  Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.

YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə mərasimdə çıxış edərək söylədi ki, ölkəmiz 44 günlük Vətən savaşında böyük Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bütün şəhidlərimizin, qazilərimizin valideynləri və bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız çağdaş Azərbaycan tarixinə şanlı Zəfər səhifəsi yazıblar. Məhz belə şəhidlərimiz haqqında çox gözəl və yerində deyiblər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!Şəhidin ailə üzvləri  göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığını bildirdi.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, məzarı  üzərinə əklil və  güllər qoyulub.

Keçidlər