Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Yaqubov Fəxrəddin Yaqub oğlunun anım günü qeyd olunub

22 noyabr 2021 | 11:00

Noyabrın 22-də Xətai rayonunda Vətən müharibəsi şəhidi, 7 saylı Təcili Tibbi Yardım stansiyasının sürücüsü Yaqubov Fəxrəddin  Yaqub oğlunun anım günü qeyd olunub. Anım günü ilə əlaqədar  Dədə Qorqud Şəhidliyində  şəhidin məzarı ziyarət edilib,  S.Ə.Şirvani küçəsi 10 ünvanında  xatirə lövhəsinin açılışı olub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,   Xalq artisti şəhid atası-Əli Nur, əməkdar artist Azad Şükürov, Hüquq-mühafizə orqanlarının nümayəndələri, döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Abidə kompleksinin önünə əklillər gül dəstələri düzülüb.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb. Qeyd edib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.

Digərləri çıxış edərək bildirdilər ki,  bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.  Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.

Daha sonra  şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində məktəblilərin ifasında  vətənpərvərlik  şeirləri səsləndirilib.

 

Keçidlər