Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Rzayev Vüsal Tofiq oğlunun anım günü qeyd olunub

10 dekabr 2021 | 11:00

Xətai rayonunda Vətən müharibəsi şəhidi Rzayev Vüsal Tofiq oğlunun anım günündə Dədə Qorqud Şəhidliyində mazarı və Məhsəti küçəsi 3a ünvanında xatirə lövhəsi ziyarət olunub.  

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon Ağsaqqallar Şurasının sədr müavini şəhid atası Mürvət Əsgərov,  Xalq artisti şəhid atası-Əli Nur, Hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.  Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.

Çıxış edənlər şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Keçidlər