Xətai rayonunda maarifləndirmə tədbiri keçirilmişdir
17 dekabr 2021-ci il tarixində Xətai rayonun 55 saylı tam orta məktəbində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Vasif Quliyev, DİN-Baş Narkotiklərlə Mübarizə üzrə İdarəsinin əməkdaşı Seymur Quliyev, Həmkərlar İtiffaqları Konfederasiyasının nümayəndəsi Afaq Yusifova, Bakı şəhəri üzrə Narkoloji Dispanserin həkimi Vəfa Əliyeva, o cümlədən rayon polis şöbəsinin və prokurorluğun nümayəndələr də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq,psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir. Şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.