Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda tibbi müayinənin nəticələrinə həsr olunmuş hesabat yığıncağı keçirildi.

05 aprel 2014 | 10:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2014-cü il   ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən, Xətai rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prosesi uğurla davam etdirilir. Bununla bağlı Yap Xətai rayon Təşkilatının binasında keçirilən iclasında rayonda görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.
Tədbirdə  Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov prezident İlham Əliyevin ölkə əhalisinin sağlamlığı eləcə də səhiyyə sisteminin inkişafı istiqamətində atdığı mühüm addımlardan, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrdən danışdı. Cənab başçı bildirdi ki,  hər yerdə olduğu kimi Xətai rayonunda da  səhiyyənin inkişafı, mövcud tibb ocaqlarının müasir standartlara cavab verən səviyyədə təmir olunması, yenidən qurulması məsələlərinə xüsusi önəm verilir. Bunun nəticəsi olaraq, rayon ərazisində fəaliyyət göstərən əksər səhiyyə ocaqları əsaslı təmir edilib və  müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub. Bununla yanaşı rayon İcra Hakimiyyətində xüsusi komissiya da yaradılıb. Bu da öz növbəsində əhalinin sağlamlığının qorunmasına yönələn tədbirlərin yüksək səviyyədə təşkil edilməsinə təkan verəcək. Sonra Xətai rayonunda əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı görülən işlərin hesabatı dinlənildi.  Məlumat verildi ki, 268407 nəfər əhalisi olan rayonun 121150 nəfəri tibbi müayinədən keçib. 8598 nəfərdə müxtəlif xəstəliklər aşkar edilib. Bunlardan 1785 nəfəri ambulator, 1129 nəfəri stasionar, 2228 nəfəri isə dispanser müalicəyə göndərilib. Aşkar olunan xəstəliklər arasında ən çox tənəffüz, həzm sisteminin pozğunluğu, diabet kimi xəstəliklər üstünlük təşkil edir. Eyni zamanda rayon ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin bu aydan başlayaraq tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar rayon icra hakimiyyətində qrafik tərtib olunaraq səhiyyə ocaqlarına göndərilib.
İclasda çıxış edən tibb işçiləri səhiyyə müəssisələrində əhalinin profilaktik müayinəsi ilə bağlı görülən işlər barədə məlumat verdilər.
Sonda qarşıda duran vəzifələrdən danışıldı və bir sıra səhiyyə ocaqlarının rəhbərlərinə tibbi müayinənin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı göstərişlər verildi.

Keçidlər