Şriftin ölçüsü :

Saytın rəngi :

171 nömrəli məktəbdə "Qərənfildən Xarı Bülbülə gedən yol" adlı tədbir keçirildi

18 yanvar 2022 | 11:00

18 Yanvar 2022-ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 20 Yanvar faicəsinin 32 -ci ildönümünə həsr olunmuş "Qərənfildən Xarı Bülbülə gedən yol" adlı tədbir keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətnin şöbə müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatnın sədri Vüqar Rəhimzadə, məktəbin direktoru Zemfia Məsiyeva,  şagirdlər və müəllimlər iştirak ediblər.

Tədbirdə Vətən uğurunda qurban gedən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 20 Yanvar faciəsi haqqında məlumat verilib, şeirlər söylənilib, əbədi – bədii kompazisiya nümayiş etdirilib. Həmçinin, Vətən müharibəsində əldə olunmuş Zəfərdən danışılıb. Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.  

Tədbirdə şıxış edənlər  belə tədbirlərin keçirilməsi şagirdlərdə vətənpərvəlik ruhunun daha da yüksəldilməsinə səbəb olduqlarını bildirdilər.

Keçidlər