Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində 20 yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhid ailələri ilə görüş keçirildi

19 yanvar 2022 | 11:00

Müstəqillik tariximizə şərəfli  bir gün kimi yazılan 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib.Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev  çıxış edərək bildirib ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti isə yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub. Faciədə şəhid olanların ailə üzvlərinin və əlil olanların sosial müdafiəsi gücləndirilib. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Xətai rayon təşkilatının sədri,  Vüqar Rəhimzadə  isə əlavə edib ki, tariximizin qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya xalqımızın qəhrəmanlıgının, azadlıq ugrunda mübarizliyinin və sarsılmazlıgının şahidi olub.
Tədbirdə qeyd olunub ki,  rayon ərazisində yaşayan şəhid ailələri və əlillərin dövlət qaygısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə baglı konkret tədbirlər həyata keçirilir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə   razılıqlarını bildirmişlər.

Keçidlər