Xətai rayonunda “02 Fevral – Azərbaycan Gəncləri Günü” nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon gənclərinin iştirakı ilə “Azərbaycan Gəncləri – Azərbaycanın gələcəyi” adlı tədbir keçirilmişdir
01 fevral 2022-ci il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “02 Fevral – Azərbaycan Gəncləri Günü” nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon gənclərinin iştirakı ilə “Azərbaycan Gəncləri – Azərbaycanın gələcəyi” adlı tədbir keçirilmişdir.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Kifayət Bayramova, rayon gəncləri, orta ümumtəhsil məktəblərinin nümayəndələri iştirak etmişlər.
Rəsmi hissədə çıxış edənlər Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Kifayət Bayramova və 95 № li tam orta məktəbin şagirdi, rayonun fəal gənci Fidan Rzaquliyeva ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərimizə göstərilən diqqət və qayğı haqqında öz fikirlərini bildirmişlər.
Tədbirdə rayonunun ictimai siyasi həyatında fəal iştirak edən rayon gəncləri Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşlar.
Tədbir Xətai rayon Mədəniyyət Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin gəncləri tərəfindən hazırlanmış bədii hissə ilə davam etdirilmişdir.