245 nömrəli məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Xalqa bağışlanan ömür " mövzusunda tədbir keçirildi
Mayın 10-da Xətai rayonu 245 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş " Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova dahi liderin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi qayğı və diqqətindən söz açıb. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olduğunu bildirib. Hər bir azərbaycanlı bu gün müstəqil, azad, firavan Azərbaycanda yaşadığına görə Ümummilli lider Heydər Əliyevə böyük minnətdarlıq hissi duyur.
Sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiyalar nümayiş olunub, Ulu Öndərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.