Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Ana fəryadı abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır

18 fevral 2022 | 11:00

Xocalı faciəsinin 30-cu  ildönümü ilə əlaqədar Xətai rayonunda yerləşən Ana fəryadı abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır.

Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan  “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Bu il də Xətai rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Parkın ərazisinin yaşıl örtüyü yenilənib. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə işləri, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılmışdır. Xocalı prospekti boyu yerləşən binaların fasadlarının təmizlənir, səkilər  yuyulur. Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində  gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilir.  Yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlərin yerləşdirilməsi işləri başlanılmışdır. 

 

Keçidlər