Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı parkında abadlıq işləri yekunlaşıb

25 fevral 2022 | 11:00

Xocalı faciəsinin 30-cu   ildönümü ilə əlaqədar  Xətai rayonunda yerləşən Ana fəryadı abidəsinin yerləşdiyi parkda yenidənqurma işləri yekunlaşıb.
Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan  “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Hər il fevralın 26-da minlərlə soydaşlarımızın ziyarət yerinə çevrilən park və ətrafı  milli memarlıq nümənələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Rayonun Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənib, rəngarəng  güllər və dekorativ kollar əkilib.

Parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarına Xocalı faciəsinə həsr olunmuş foto bannerlərin quraşdırılması həyata keçirilib.
Bununla yanaşı anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişi rahat təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilib.

 

 

 

 

 

Keçidlər