Rayon icra hakimiyyətinin nümayəndələri 3 saylı uşaq evinin sakinləri ilə görüşüb.
15.03.2022-ci il tarixdə Novruz bayramı münasibətilə Xətai rayon icra hakimiyyətinin nümayəndələri rayondakı 3 saylı uşaq evinin sakinləri ilə görüşüb.
İnternat evinin sakinlərini bayram münasibətilə təbrik edən rayon icra hakimiyyəti aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə ölkəmizdə uşaqlara gostərilən dövlət qayğısı, torpaq, Vətən sevgisi, tarixi Zəfərimiz haqda danışıblar.
Sonra internat evinin sakinlərinin ifasında bir-birindən gözəl rəqs nümunələri, şerlər, musiqilər, novruz adət- ənənələrindən bəhs edən səhnəciklər nümayiş olundu.
Görüşün sonunda internat evinin sakinlərinə hədiyyələr paylanılıb.