Xətai rayonunda yeni abad həyətin inşasına start verilib.
Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır, yaşıllıq sahələri, abad məhəllələr, yeni parklar salınır.
Görülən işlər çərçivəsində Cavanşir küçəsi 32 və 8 Noyabr prospekti 36-44 saylı ünvanında yeni, müasir standartlara cavab verən abad həyətin inşasına start verilib. Yeni salınan parkda uşaq oyun-əyləncə meydançaları, oturacaq və söhbətgahlar, idman meydançası və idman qurğularının quraşdırılması nəzərdə tutulur. Həmçinin, yaşayış binalarının fasadlarının rənglənməsi, yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, parkın ən müasir işıqlandırma sistemləri ilə təchiz olunması, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələrin yaradılması həyata keçiriləcək.
Parkda yaşıllıq zolaqları və qazon örtüyü salınacaq, o cümlədən müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkiləcək.