Şriftin ölçüsü :

Saytın rəngi :

257 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirilib

19 mart 2022 | 11:00

Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Xətai rayon İcra Hakimiyyətinin  rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Rayon İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar görüşlərin keçirilməsinə start verilib.

Martın 18-də 257 saylı tam orta məktəbdə keçirilən görüşdə Rayon İcra hakimiyyətinin  başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, aparatının nümayəndələri,  hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçilərinin iştirak ediblər.

İcra başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsi, azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işləri və respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı məlumat verərək bütün bu nailiyyətlərin  uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb.

YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək  bildirib ki,  bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, sosial layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində cari ildə imzaladığı fərman və sərəncamlar hər bir ailəni əhatə etmişdir.

Görüş  sakinlər tərəfindən razılıqla qarşılanıb. Səyyar qəbulda sakinlərin  müraciətləri  həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verilib.

Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Keçidlər