Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şəhid övladları üçün bayram şənliyi təşkil olunub

19 mart 2022 | 11:00

Martın 19-da Xətai rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə  şəhid övladları üçün bayram şənliyi təşkil olunub.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov uşaqların  bayramını təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Sonra şəhid övladları üçün əyləncəli oyunlar, səhnəciklər nümayiş olunub və onlara bayram sovqatları təqdim edilib. Tədbirdə  Bahar qızı “Novruz gəlir” mahnısı ilə, Novruz personajları Kosa və Keçəl məzəli oyunları ilə uşaqları əyləndiriblər. Bir-birinin ardınca şən əhval ruhiyyəli musiqi və rəqslər şənlik iştirakçılarının könlünü oxşayıb. Tədbirdə uşaqlara hədiyyələr  təqdim olunub.
Sonda şəhid ailələri onlara daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

Keçidlər