Xətai rayonunda Milli Təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı qeyd olunub
Xətai rayonunda Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü və peşə bayramı qeyd edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, rayon Prokuroru Sərdar İmanov, rayon Polis İdarəsinin rəisi İlqar Məmmədov, rayon Ağsaqqallar Şurasının sədr müavini Mürvət Əsgərov iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı Rafiq Quluyev təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycan milli təhlükəsizlik orqanlarının ötən dövrdə cətin, eyni zamanda şərəfli yol keçib. Onun inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri böyükdür. Ulu öndər Azərbaycan təhlükəsizlik orqanları üçün milli peşəkar kadr potensialının yaradılmasına hər zaman diqqət göstərib, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də doğma təhlükəsizlik orqanlarına xüsusi qayğı ilə yanaşıb. O, gənc dövlətin milli təhlükəsizlik strategiyasını müəyyən edib, bu sahədə qanunvericilik bazasını yaradıb. Sonrakı dövrdə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir çox işlər görülüb, aparılan islahatlar nəticəsində milli təhlükəsizlik orqanları sistemi ən müasir texniki vasitələrlə təchiz olunub. Rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev həmçinin, ölkəmizdə mövcud olan sabitliyin qorunub saxlanmasında milli təhlükəsizlik və digər hüquq-mühafizə orqanlarının birgə işgüzar əməkdaşlığının mühüm rol oynadığını diqqətə çatdırdı.
Sonra Milli təhlüksizlik nazirliyinin rayon idarəsinin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələr təqdim olundu.
Tədbirdə çıxış edən Dövlət Təhlüksizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev və digər çıxışçılar milli təhlükəsizlik orqanlarının keçdiyi yoldan, prezident İlham Əliyevin, dövlət strukturlarının, o cümlədən milli təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşdirilməsi üçün göstərdiyi diqqət və qayğıdan danışdılar.